Ukrayna ordusu üç kadırovçunu məhv etdi

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Severodonetsk şəhərində Çeçenistan Daxili İşlər Nazirliyi xüsusi təyinatlılarının polis kapitanı Asvad İdrisovu, gizir Qapur Dakalovu və Kadırov alaynın 4-cü taqım komandirinin müavini, baş çavuş Ali Betişevi zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Qeyd edək ki, Çeçenistandan olan döyüşçülər Ukraynada respublikanın başçısı Ramzan Kadırovun alayının tərkibində vuruşurlar.