Slavyanskda Ukrayna ordusuna aid daha iki vertolyot vurulub.
Bu barədə Slavyanskdakı separatçılar məlumat yayıblar.
“Radioefirdən verilən məlumata görə, blok-postların birində düşmənin daha bir vertolyotu vurulub. Hələ ki, vurulmuş vertolyot göydə fırlanır, ancaq düşmən yerə çırpılacaq. Bu artıq 3-cü vertolyotdu”, deyə separatçılar bildirib.
Qeyd edək ki, əməliyyatlar başlayan vaxt separatçılar Slavyansk səmasında bir vertolyotun vurulduğunu bildirmişdilər(axar.az).