Ukrayna ordusunda döyüşən qadınların sayı açıqlanıb – İlginc STATİSTİKA

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynada qadınlar işğalçılara qarşı kişilərlə çiyin-çiyinə vuruşurlar.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Ukrayna ordusunda xidmət keçən qadınların sayı açıqlanıb.

Bu barədə danışan Ukrayna ordusu birləşmiş qüvvələrinin komandanı general-leytenant Sergey Nayevin sözlərinə görə, hazırda Silahlı Qüvvələrin tərkibində müxtəlif ranqlarda 40 minə yaxın qadın xidmət keçir.

General qeyd edib ki, qadın hərbçilərdən 8 min nəfəri zabitdir:

“Hazırda aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdə beş min qadın xidmət edir”.