Ukrayna ordusunda qəza: Əsgərlər faciəli şəkildə həlak oldular – VİDEO

Ukraynalı əsgərlər faciəvi şəkildə ölüblər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, cəbhə xəttində olan ukraynalı əsgərlər 12 tonluq MTLB zirehli transportyorunun altında qalaraq həlak olublar.

MTBL ZPT-lər yolun ortasında dayanaraq marşrutu müəyyənləşdirməyə başlayıblar. Bu zaman öndəki ZPT-nin əyləci partlayıb.

Dəhşətli hərbi qəzada Ukrayna əsgərləri 12 tonluq ZPT-nin altında qalaraq həlak olublar.

Qəza zamanı bir neçə ukraynalı əsgərin həlak olduğu deyilir.

Həmin video görüntüləri sizə təqdim edirik: