Ukrayna ordusunda savaşan braziliyalı model öldürüldü – FOTOLAR

Rusiyaya qarşı Ukrayna ordusu tərkibində vuruşan braziliyalı model Talita Valle öldürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Valle Xarkov şəhərinə endirilən raket zərbəsi nəticəsində həlak olub.

Onun hərbi sığınacaqda həlak olduğu bildirilir. Model Ukrayna ordusunda snayper kimi xidmət edirdi.

39 yaşlı Valle daha əvvəl İŞİD-ə qarşı da vuruşmuşdu.