Ukrayna ordusunun 2 generalı işdən çıxarıldı

Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətdə olan iki komandanı işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd olunur ki, “Cənub” və Qərb” Operativ komandanlıqlarının komandanları – general-mayor Andrey Kovalçuk və general-mayor Sergey Litvinov tutduqları vəzifədən azad olunub.

Bu informasiya ilə bağlı detallar hələ açıqlanmayıb.

COP29