Ukrayna ordusunun helikopteri vuruldu

1401355284Slavyanskda anti-terror əməliyyatı aparan Ukrayna ordusuna məxsus helikopter separatçılar tərəfindən vurulub.

Bu barədə yerli sakinlər sosial şəbəkələrdə məlumat veriblər.

“Təxminən 15 dəqiqə əvvəl Donetsk Xalq respublikasının silahlıları Slavyanskda helikopteri vurublar. Güclü tüstü qalxıb, intensiv atışma gedir”, – deyə şahidlərdən biri yazıb.

Ukrayna silahlılarının vurulan helikopterə yaxınlaşmaq cəhdləri hələ ki, nəticə vermir.