Ukrayna ordusunun Xarkovdakı qərargahı “İskəndər”lə vuruldu – VİDEO

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Xarkovdakı qərargahına endirilən zərbənin videosunu yayıb.

Yenicag.az xəbər verir ki, videoda raketin hədəfə dəydiyi an əks olunub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, qərargah “İskəndər” operativ-taktiki kompleksindən açılan atəşlə məhv edilib. Zərbə nəticəsində yüzdən çox Ukrayna hərbçisi ölüb.