Ukraynanın Kiyev vilayətində 600 kiloqram çəkidə heroin aşkarlanaraq götürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin sədri Serqey Knyazev məlumat verib.
Onun sözlərinə görə, keçirilən əməliyyat zamanı 4 nəfər – Moldova, Türkiyə və iki Şimali Makedoniya vətəndaşı saxlanılıb. Onlar Kiyev ətrafında narkotik vasitələrin saxlanması üçün anbar kirayə ediblər.
Aşkar edilən heroinin dəyəri 50 milyon dollar dəyərində qiymətləndirilir./AZƏRTAC/