“Kiyev və Varşava arasında münasibətlər taxıl böhranı və qaçqınlar səbəbindən pisləşib”.
Yenicag.az xəbər verir ki, bu haqda Ukrayna-Polşa münasibətlərinin pisləşməsindən danışan MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin rəhbəri Nikolay Topornin deyib.
O, bildirib ki, Rusiya xüsusi əməliyyatının başlamasından sonra ukraynalı qaçqınlar və taxıl tədarükü məsələsi ilə bağlı Ukrayna və Polşa arasında münasibətlər pisləşib:
“Polşa ilə Ukrayna arasında münasibətlərdə yaranan pisləşmə bu günün, yaxud da dünənin məsələsi deyil. Ümumiyətlə, ölkələr arasında münasibətlərin pisləşməsi müəyyən zaman aralığında baş verir.
Taxıl müqaviləsinin şərtlərinə uyğun olaraq Ukrayna Şərqi Avropa ölkələri vasitəsilə Avropa İttifaqının (Aİ) mərkəzinə ərzaq göndərməli oldu. Müqaviləyə görə taxıl Avropadan digər ölkələrə – Asiya və Afrikaya göndərilməli idi. Ukrayna taxılı Polşadan daha ucuzdur. Buna görə də Ukrayna taxılı daha çox satılmağa başladı. Hazırda münasibətlərin pisləşməsinə səbəb olan amil Polşanın daxili bazarda qalmasıdır”.
Nəsimi Ələsgərli