!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna prezidentinin illik qazancı açıqlandı - Bəs, sərvəti nə qədərdir?

!Reklam – Yazi

Ukrayna prezidenti Petro Poroşenkonun illik qazancı açıqlanıb.

Yenicag.az xəbər verir ki, sözügedən ölkə başçısının geridə qalan 2017-ci ildəki qazancı 336 min qrivna (təxminən 20 min AZN) təşkil edib. Bu barədə “İnterfaks” Ukraynanın prezident administrasiyasına istinadən məlumat yayıb.

Qeyd olunur ki, prezidentin bütün qazancı sırf əmək haqqından ibarətdir. Poroşenkonun əmək haqqının hamısını xeyriyyə məqsədləri üçün istifadə etdiyi də bildirilir.

Ukrayna liderinin əsl sərvətinin isə 1,6 milyard dollar təşkil etdiyi bildirilir. Elə yanvar ayında yerli mətbuat ölkə başısının öz ailə üzvləri və dosları ilə birgə Maldiv adalarında yeni il istirahətinə azı 500 min dollar xərclədiyinə dair xəbərlər yaymışdı. Bunun üçün o, ayrıca villa da icarəyə götürüb ki, həmin mənzil ən bahalılardan hesab olunur.

www.yenicag.az

1373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv