Ukrayna prezidentinin korteji avtobusla toqquşdu – VİDEO

Ukraynanın Zaporojye bölgəsində ölkə prezidenti Vladimir Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşub.

Yenicag.az xəbər verir ki, xəbəri Ukraynanın Dövlət Mühafizəsi İdarəsi də təsdiqləyib.

Hadisə zamanı avtobusda olan uşaqlardan heç birinin xəsarət almadığı bildirilib.

Qeyd edilib ki, hadisə  zamanı prezidentin avtomobili kortejdə olmayıb. Zelenski paytaxta təyyarə ilə gəlib.