Ukrayna PUA-sı rus tankını belə məhv etdi – VİDEO

Ukraynada “ACE ONE” pilotsuz uçuş aparatının konsepti təqdim edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.

Sözügedən PUA-nın Yutubda Rusiyaya məxsus “Orion”a bənzər dronu raketlə vurduğu, ardından da T-90 döyüş tankını məhv etdiyi ilə bağlı görüntülər yayımlanıb.

Qeyd olunur ki, “ACE ONE” quru və hava hədəflərinə qarşı yüksək dəqiqliklə idarə olunan silahlar (bir tona qədər) daşıyacaq və istifadə edə biləcək.

Siyasi ekspert Taras Zaqorodni isə rusları Kiyevin hazırladığı “Sapsan” raket sistemindən “qorxmağa” çağırıb. Onun sözlərinə görə, Ukrayna raket proqramını tam olaraq işə salsa, Rusiyanın mərkəzi hissəsini yeddi-on dəqiqəyə vurmaq gücündə silahlara sahib olacaq.