Ukrayna Qara dənizin şimalında hava və dəniz nəqliyyatını dayandırdı – SƏBƏB

Ukrayna rəsmiləri zenit-raket komplekslərindən taktiki atışların həyata keçirilməsi məqsədilə Qara dənizin şimal hissəsində hava yolunu bağlayıb və gəmilərin hərəkətinə qadağa qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə “Ukrayna hərbi portal”ında məlumat verilib.

“Bağlanılan bölgənin sahəsi 6323 kv/km-dir və cəmi üç ərazini – Odessa, Nikolayevsk və Xerson vilayətlərini əhatə edir”, – məlumatda belə deyilir.

Atışlar Çabanka kimi tanınan hərbi poliqonda həyata keçirilir. Portalın məlumatına görə, atışlar zamanı RK-360 MS “Neptun” yerüstü qanadlı raket kompleksləri sınaqdan keçiriləcək./Report/

COP29