Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukrayna Qarabağdakı “referendum”u tanımadığını bəyan etdi

Ukrayna fevralın 20-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazisində keçirilmiş “konstitusiya referendumu”nu tanımır və onu qeyri-legitim hesab edir.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

“Referendum” Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn pozulmasıdır və heç bir hüquqi nəticəsi yoxdur. Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməz olaraq qalır və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin şəksiz dəstəklənməsindən ibarətdir”, – Ukrayna XİN nümayəndəsi Maryana Büetsının şərhində deyilir.

 

www.yenicag.az

432