Ukrayna “Qazprom”u rekord məbləğdə cərimələdi

15310562_833646223445349_1829418880_nKiyevin təsərrüfat məhkəməsi Rusiyanın “Qazprom” şirkətini böyük məbləğdə cərimələyib.

Yeniçağ.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kiyev təsərrüfat məhkəməsində Ukrayna Antiinhisar Komitəsinin Rusiyanın “Qazprom” şirkətinə qarşı qaldırdığı inhisarçı mövqedən sui-istifadəyə dair iddiasına baxılıb.

Məhkəmə prosesi “Qazprom”iun vəsadətinə uyğun olaraq, qapalı keçirilib. Prosesin yekununda iddia təmin edilib və “Qazprom”un Ukraynaya təqribən 7 milyard dollar ödəməsi haqqında qərar çıxarılıb. Bu məbləğin 3,8 milyard dollarını cərimə, bir o qədərinı də yığılmış faizlər təşkil edir.

 

Yeniçağ.Az