Döyüş aviasiyalarını qorumaq üçün Ukrayna Hava Qüvvələri hər gün qırıcılarını başqa aviabazalara köçürürlər.
Yenicag.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
Nəşrin məlumatına görə, bunun üçün Ukrayna soevt dövründən qalmış bütün aviabazaları bərpa edib, hətta magistral yolları belə uçuş-enma zolağına çeviriblər.
Ukrayna ordusunun belə operativ aerodromları bir neçə “Patriot” və “İris-T” zenit kompleksləri ilə qorunur.
Bildirilib ki, Ukrayna aviasiyasının çox uğurlu şəkildə istifadə etdiyi Qərbin uzunmənzilli raketlərinin yerləşdiyi ərazilər də ciddi qorunur.