!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Radası təsdiqlədi: Moskvaya tabe olan kilsə adını dəyişməlidir

!Reklam – Yazi

Moskva Patriarxlığına tabe olan Ukrayna Pravoslav Kilsəsinin adının dəyişdirilməsi tələb edilir.

Yenicag.az xəbər verir ki, Ukrayna parlamenti (Ali Rada) Moskva Patriarxlığına tabe olan Ukrayna Pravoslav Kilsəsinin adının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanunda qeyd olunur ki, Moskvaya bağlı olan Ukrayna Pravoslav Kilsəsinin adında bu tabelik mütləq göstərilməlidir.

Qanun layihəsi barəsində öncədən məlumatlı olan Moskva Patriarxlığı bu məsələyə sərt etirazını bildirib. Eyni zamanda, Ali Radanın qarşısına toplaşan yüzlərlə dindar deputatları qanun layihəsinin əleyhinə səs verməyə çağırıblar.

Bilidirilir ki, məcburi ad dəyişikliyindən sonra Moskva Patriarxlığına tabe olan Ukrayna Pravoslav Kilsəsi artıq Ukraynadakı Rus Pravoslav Kilsəsi adlandırılacaq.

Qanunun qəbul edilməsinə baxmayaraq, Ukrayna Pravoslav Kilsəsinin (Moskva) təmsilçisi, arxiyepiskop Kliment BBC-yə müsahibəsində Kilsənin öz adını dəyişməyəcəyini deyib.

www.yenicag.az

4202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv