Ukraynanın Energetika Nazirliyi ölkənin 2015-ci ilə qədərki enerji strategiyasını təqdim edib.
OilGas.az Kommersant-a istinadən xəbər verir ki, sənəd əsasən, Rusiya qazından asılılığı tamamamilə bitirməti nəzərdə tutur. 2035-ci ilə qədərki dövrdə Ukrayna “Qazprom”dan qaz almağı planlaşdırmır.
Qeyd edək ki, Ukrayna Rusiyadan qaz idxalını 2015-ci ilin noyabrında dayandırıb. Bu zamandan etibarən ölkə qaz tədarükünü Avropadan həyata keçirir.
Ukrayna özünü minimal olaraq 30-35 milyard kubmetr qazla təmin etməyi planlaşdırır. Lakin bu həcmdə hasilat yalnız 2035-ci ildə gözlənilir. Rəsmi Kiyev yeni yataqların kəşfi və işlənilməsinə investisiya cəlb etməyi hədəfləyir.
Ukraynada qaz hasilatı ötən il 15 milyard kub metr təşkil edib.