Ukrayna Rusiyada 38 mərtəbəli binanı dronla vurdu – Ölənlər var – VİDEO

Ukraynanın Rusiya ərazisinə hücumunda pilotsuz uçuş aparatlarından biri Saratov şəhərində çoxmərtəbəli binaya çırpılıb.

Yenicag.az Rusiya nətbuatına istinadən xəbər verir ki, 38 mərtəbəli binaya edilən hücumda 2 nəfər həyatını itirib. Dəhşətli hücum anı kameralar tərəfindən anbaan qeydə alınıb.

Rusiyanın Saratov vilayətinin qubernatoru Roman Busargin Ukrayna ordusunun Saratov şəhərinə PUA-larla hücum etdiyini təsdiqləyib və Predmostovaya meydanında bir binaya qismən ziyan dəydiyini bildirib.

İsmayıl Bakuvi

COP29