Ukrayna Rusiyanın helikopterini VURDU

Rusiyanın Samara şəhərində Mi-8 helikopteri Ukraynanın hava hücumu nəticəsində məhv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“2024-cü il aprelin 17-də Samara şəhərindəki Kryaj aerodromunda Mi-8 helikopteri məhv edilib. Helikopter işğalçıların silah və şəxsi heyətinin daşınması üçün istifadə olunub”, – deyə bildirilib.

Qeyd edilir ki, bu tipli helikopterin qiyməti 10-15 milyon dollar arasında dəyir./unikal

COP29