Ukrayna Rusiyanın itkisini AÇIQLADI – FOTO

Ukrayna tərəfi Rusiya Silahlı Qüvvələrinin hərbi itkilərinin sayını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 23 800-ə yaxın canlı qüvvəsini itirib.

Bundan əlavə, Rusiya ordusunun 1 048 tankı, 2 519 zirehli döyüş maşını, 459 artilleriya sistemi, 152 reaktiv yaylım atəşi sistemi, 80 havadan müdafiə sistemi, 194 hərbi təyyarəsi, 155 helikopteri, 1 824 avtomobil texnikası, 271 dronu, 38 xüsusi avadanlığı, 84 qanadlı raketi məhv edilib.