Ukrayna Rusiyanın Qara dənizdəki altı limanının sularında “hərbi təhlükə” barədə xəbərdarlıq edib.
Yenicag.az-ın məlumatına görə, söhbət Anapa, Novorossiysk, Gelencik, Tuapse, Soçi və Taman limanlarından gedir. Bu xəbərdarlıq avqustun 4-də verilib və ləğv olunana qədər qüvvədə qalacaq.
Bildirilir ki, elana Ukrayna Hərbi Dəniz Qüvvələrinin əmri əsas olub.