!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna savaşı və rubl üçün ÖLÜM HÖKMÜ – Kreml defoltdan necə qorunacaq?

!Reklam – Yazi

Rusiyanın Mərkəzi Bankı ölkənin milli valyutası olan rublun xilası üçün indidən hazırlıqlara başlayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Mərkəzi Bankı Ukrayna ilə müharibənin başlayacağı təqdirdə rublu gözləyən zərbəni azaltmaq üçün hərəkətə keçib.

Məlumata görə, müharibənin başlayacağı halda rubl kəskin ucuzlaşacaq və bunun nəticəsində Rusiyanın Mərkəzi Bankı bazarı sabitləşdirmək məqsədilə sərt tədbirlərə əl atmalı olacaq.

Mütəxəssislərin hesablamalarına əsasən, Rusiya-Ukrayna savaşı başlayarsa, 1 dollar 85-90 rubl həddinə qədər bahalaşacaq.

Hadisələr Rusiya üçün arzuedilməz məcraya yönələrsə, Mərkəzi Bank xarici sərmayələrin ölkədən çıxarılmasını əngəlləmək məqsədilə qeyri-rezidentlərin federal qiymətli kağızların satışından götürülən kapitalın və komissiyaların hərəkəti üzərində nəzarət elementlərini tətbiq etməyi düşünür.

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv