Ukrayna savaşında ATƏŞKƏS SƏDASI: “Müharibə bitməyəcək”

“Ukrayna atəşkəsə razı ola bilər, ancaq torpaq verməmək şərti ilə”.

Bu sözləri Rusiya-Ukrayna arasında ehtimal olunan atəşkəs və bunun olma şərtlərini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, tərəflər arasında atəşkəs gözlənilmir:

“Atəşkəsin əldə edilməsinə ümidim çox azdır. NATO tərəfdən də, ABŞ tərəfdən də oyunlar gedir. Qərb düşünür ki, müəyyən müddətdən sonra Putinin taleyi həll olunacaq. Çünki siyasi elitada ciddi çəkişmə var. Qərb düşünür ki, Rusiyada vəziyyət qarışa bilər və bundan istifadə edib Ukrayna torpaqlarını işğalda azad etmək olar. Zelenskinin də öz oyunu var. Zelenski görəndə ki, yardımı azaldıb, İngiltərə ilə daha çox yaxınlıq edir. İngiltərə Ukrayna zavodlarının təmirini çox sürətlə aparırlar. Ukraynanın hərbi sənaye komplekslərini inkişaf etdirmək istəyirlər. Ukrayna atəşkəsə razı ola bilər, ancaq torpaq verməmək şərti ilə. Ukrayna-Rusiya müharibəsi müvəqqəti atəşkəslə nəticələnsə də, müharibə bitməyəcək. O zamana qədər ki, Ukrayna torpaqları geri qaytarılmayıb”.

Səxavət Məmməd