Ukrayna savaşla bağlı planlarını DƏYİŞDİ: Səbəb isə…

Ukrayna rəhbərliyi bəzi hərbi planlarını dəyişib.

 

Yenicag.az-ın məlumatına görə, bu barədə “CNN” məlumat yayıb. Ukrayna Prezidenti Volodimir Zelenskiyə yaxın mənbə telekanala açıqlamasında deyib ki, buna səbəb məxfi sənədlərin sızdırılması olub.

 

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına dair məxfi sənədlərin sızmasından sonra Kiyev xüsusi hərbi əməliyyat zamanı planlarını dəyişib”, deyə mənbə qeyd edib.

 

Xatırladaq ki, ötən həftə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini, ABŞ və NATO-nun bu ölkə ilə bağlı planlarını təsvir edən məxfi sənədlər sosial mediaya sızdırılmışdı. Bununla belə, Ukrayna prezident aparatının rəhbəri Mixaylo Podolyak yayılan sənədlərdəki məlumatların etibarsız olduğunu demişdi.