Ukrayna səmasında Rusiya “Orlan”ı belə vurulub salındı – VİDEO

Ukraynada Rusiya ordusuna məxsus daha bir Pilotsuz Uçuş Aparatı (PUA) vurulub.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Zaporojye yaxınlığında Rusiyaya məxsus “Orlan-10” PUA-sını “OSA” Zenit-raket kompleksi ilə vurublar.

Rusiya PUA-sının vurulma anını əks etdirən video “Azov” “Telegram” kanalında yayımlanıb.

Qeyd olunur ki, Rusiya ordusunun Ukraynada kəşfiyyat və artilleriya üçün koordinatların müəyyənləşdirilməsi məqsədilə geniş tətbiq etdiyi “Orlan-10” PUA-larının birinin qiyməti 1000 min dollardır.

Həmin kadrları təqdim edirik: