Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ukrayna təşviş içində

Son günlər naməlum telefon zəngləri Ukrayna xalqı arasında təşvişə səbəb olub.

Yenicag.az xəbər verir ki, naməlum nömrələrdən zəng edən bir qrup şəxs böyük iaşə obyektləri, əyləncə məkanları və başqa ictimai yerlərdə bomba olmasıyla bağlı yalan xəbərlər verir.

Ukrayna hüquq-mühafizə orqanları həmin şəxslərin yaxalanması üçün çalışsa da, hələ ki nəticə əldə edə bilməyib.

Artıq bir neçə gündür ki həmin şəxslər yaşayış evlərinə və binalara analoji zənglər etməyə başlayıblar.

Xüsusən, paytaxt Kiyevdə fəal olan qrup xalq arasında ciddi narahatlığa və qorxuya səbəb olub.

www.yenicag.az

5639