Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukrayna təyyarəsinin vurulması ilə əlaqədar həbslər başladı

İranda Ukraynaya məxsus təyyarənin vurulmasında məsuliyyət daşıyan bir neçə şəxs həbs olunub.

Yenicag.az xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu şəxslərin dindirilməsi və məlumatların araşdırılması davam edir.

Təyyarənin qara qutusu isə İran və Ukrayna mütəxəssislərindən ibarət heyət tərəfindən Fransaya aparılıb.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həlak olub. Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu öz üzərinə götürüb.

Loading...

www.yenicag.az

513
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100