Ukrayna Silahlı Qüvvələri Kubandakı “Türk axını” qaz kəmərinin kompressor stansiyasına üç PUA ilə hücum edib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə ötən gün – Zelenskinin ABŞ-yə səfəri zaman baş verib.
Məlumata görə, üç pilotsuz təyyarə “Türk axını” ilə qaz tədarük edən “Russkaya” kompressor stansiyasının infrastrukturuna hücum etməyə cəhd edib və vurulub.