Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ukrayna-Türkiyə münasibətləri Rusiya-Türkiyə münasibətlərindən asılıdır?

Türkiyə xarici siyasətinin başlıca istiqamətlərindən biri Ukraynadır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Ukraynaya gedərək prezident Petro Poroşenko ilə görüşüb. Bu görüşlər əsnasında Türkiyə prezidenti qeyd edib ki, rəsmi Ankara Krım və Donbasa dair məsələlərdə Kiyevi dəstəkləyir.

Yenicag.ru-ya açıqlama verən ukraynalı politoloq Nikolay Spiridonov bildirib ki, Ukrayna-Türkiyə münasibətləri Rusiya-Türkiyə münasibətlərindən olduqca asılıdır:

“Rusiya və Türkiyə arasında “buz dövrü” olanda Ukrayna-Türkiyə münasibətlərində isinmə baş verdi. Hazırda Rusiya Federasiyası ilə Türkiyə arasındakı münasibətlər stabilləşib, buna uyğun olaraq da, Ukrayna-Türkiyə münasibətlərinin səviyyəsi aşağıdır”.

Politoloqun sözlərinə görə, Türkiyə-Ukrayna münasibətini şərti olaraq dostluq münasibəti adlandırmaq olar. Lakin ölkələr arasında xüsusi əməkdaşlıq əlaqələri yoxdur:

“Krım və Krım tatarları ayrı məsələdir. Nəzəri cəhətdən Türkiyə Ukraynanı dəstəkləyir. Lakin kifayət qədər həvəssizdir. Uzunmüddətli perspektivdə Krıma dair etirazının olması da istisna edilmir”.

www.yenicag.az

1150
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM