11:20
Ukrayna öz hərbi arsenalını gücləndirmək üçün Türkiyədən 5 yeni PUA almağı planlaşdırır.
Yenicag.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə Silahlı Qüvvələrinin Baş komandanı, general-polkovnik Ruslan Xomçak açıqlayıb:
“Artıq bu barədə qərar qəbul edilib və Ukrayna ordusunun ehtiyacları üçün gələn il Türkiyədən 5 yeni “Bayraktar”ın alınması planlaşdırılır.
Həmin PUA-lar əsasən, yüksəklik və uzaq məsafəyə uçuş baxımından, nisbətən fərqli taktiki-texniki xüsusiyyətlərə malikdirlər”.
Qeyd edək ki, Ukrayna ötən il də Türkiyədən “Roketsan” şirkətinin istehsalı olan MAM-L bombaları ilə təchiz edilmiş “Bayraktar TB2” PUA-ları və bu aparatların idarə olunması üçün 3 yerüstü stansiya da almışdı.