!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna üçün 2,5 milyard avro əlavə yardım ayrıldı – Avropa İttifaqının QƏRARI

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) maliyyə yardımı çərçivəsində Ukraynaya əlavə 2,5 milyard avro ayırmağı qərarlaşdırıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə qərarı Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen açıqlayıb.

Onun sözlərinə görə, Aİ-nin Ukraynaya bu il göstərəcəyi makromaliyyə yardımı ümumilikdə 18 milyard avro təşkil edəcək:

“Avropa Komissiyası Ukraynaya əlavə 2,5 milyard avro ayırır. Biz müntəzəm maliyyələşdirmə əsasında bu il Ukraynaya 18 milyard avro yardım etməyi planlaşdırırıq.

Bu vəsait ölkənin tez və uğurla bərpa olunması məqsədilə sərf ediləcək. Biz Ukraynanı lazım olan qədər dəstəkləməyə davam edəcəyik”.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv