Niderland ukraynalı pilotlara təlim keçmək üçün Rumıniyaya 5 F-16 təyyarəsi göndərib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Niderlandın göndərdiyi qırıcılar Rumıniyadakı F-16 Avropa Təlim Mərkəzində (EFTC) yerləşdirilib.
Qeyd olunur ki, Niderland onun təşəbbüsü ilə yaradılan təlim mərkəzinə ümumilikdə minimum 12 F-16 göndərməyi planlaşdırır.
Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Niderland ABŞ-ın dəstəyi əsasında Danimarka ilə birlikdə Ukraynaya F-16 qırıcılarının verilməsində koordinasiyanın təşkilinə cavabdehlik daşıyır:
“Rumıniyadakı təlim mərkəzində ilk olaraq, təyin edilmiş F-16 üzrə təlimatçıların ixtisasının artırılmasına diqqət yetiriləcək.
Bundan sonra ukraynalı pilotların hazırlanmasına başlanılacaq. Təlim uçuşları yalnız NATO ölkələrinin hava məkanını əhatə edəcək”.