!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna üçün “Hücum qvardiyası”: “Könüllülər müəyyən təlim keçdikdən sonra...” – Nazirdən AÇIQLAMA

!Reklam – Yazi

“Qvardiyaya daxil olmaq üçün on minlərlə vətəndaş müraciət edib”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya işğalında olan ərazilərin azad edilməsi üçün formalaşdırılan “Hücum qvardiyası” haqda danışan Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.

Onun sözlərinə görə, qvardiyaya daxil olmaq istəyənlərin sayı nəzərdə tutulandan qat-qat çoxdur:

“Biz bu qvardiyanı işğal altındakı ərazilərimizin azad edilməsi üçün formalaşdırırıq. Bu günə qədər artıq səkkiz hücum briqadası yaradılıb və biz müdafiə qüvvələrinin tərkibində aktiv döyüşlərə hazırıq.

Qvardiyaya daxil olmaq üçün on minlərlə vətəndaş müraciət edib. Müraciətlərin qəbulunu dayandırmaq istəyirdik. Çünki qvardiyaya qoşulmaq istəyənlərin sayı nəzərdə tutulandan qat-qat çoxdur. Ona görə də bundan sonra müraciət edənlərdən ibarət ehtiyat qüvvələrin formalaşdırılması ilə məşğul olacağıq”.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv