Ukrayna üçün “Marder” və “Patriot” sistemləri: Almaniya göndəriş tarixini açıqladı

Almaniyadan Ukraynaya “Patriot” sistemləri ilə “Marder” PDM-lərinin göndəriləcəyi tarix müəyyənləşib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Almaniya Ukrayna üçün nəzərdə tutulan 40 “Marder” və “Patriot” sistemləri üçün əlavə batareyanı 2023-cü ilin ilk rübündə göndərəcək.

Bu barədə məlumatı Almaniya hökumətinin təmsilçisi Şteffen Hebeştrayt açıqlayıb.

Qeyd olunur ki, Ukraynaya göndəriləcək “Marder” PDM-lər istehsalçı şirkətin ehtiyatlarından və Almaniya ordusundan götürüləcək.

Hebeştraytın sözlərinə görə, ukraynalı hərbçilər “Marder”lərin idarə olunmasına yönəlik 6 həftəlik təlimləri Almaniyada keçəcəklər.