!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna və Rusiya arasında danışıqlar başa çatdı - CANLI / YENİLƏNDİ

!Reklam – Yazi

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında ilkin danışıqlar başa çatıb.

Bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Birinci raund başa çatıb, yerlərdə əlavə məsləhətləşmələr, ondan sonra daha bir danışıqların aparılması mümkündür”, – o deyib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də qeyd edib ki, yaxın günlərdə Belarus-Polşa sərhədində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü baş tutacaq.

“Biz ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamlar tapdıq”, – deyə o qeyd edib.

***

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar fasilədən sonra davam edir.

Yenicag.az xəbər verir ki, bu barədə Belarusun “Belta” dövlət agentliyi məlumat yayıb.

***

Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar başa çatıb.

Yenicag.az xəbər verir ki, danışıqlar prosesi 3 sata yaxın davam edib.

***

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yeri açıqlanmır.

Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.

Canlı yayımı buradan izləyə bilərsiniz:

https://fb.watch/bso8uv8Y2S/

*** 12:38

Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radanın deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski.

Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.

Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

www.yenicag.az

1098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv