Ukrayna və Rusiya XİN başçıları Türkiyədə görüşəcək – Tarix AÇIQLANDI

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 10-da Türkiyədə görüşəcəklər.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynadıkı vəziyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiq edib.

Görüş  üçtərəfli formatda baş tutacaq.