Ukrayna Xarkovda rusların hücumunu dayandırdı

Ukrayna Amerika silahları sayəsində Xarkov vilayətində Rusiyanın hücumunu dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Nəşrin eksperti Yulian Röpke açıq məlumatların təhlilinin nəticələrinə əsasən, bildirib ki, Xarkov vilayətinin şimalında dövlət sərhədini keçdikdən 11 gün sonra rusların irəliləməsi dayanıb.

“Liptsi kəndi istiqamətində işğalçıların mövqeləri dəyişməz olaraq qalır: onlar ilk 3 gündə ələ keçirə bildikləri yaşayış məntəqələrində qalırlar. Vovçanskda şəhər uğrunda döyüşlər davam edir, lakin düşmənin praktiki olaraq irəliləyişi yoxdur”, – deyə Röpke analizində qeyd edib.

Onun fikrincə, buna səbəb cəbhəyə gələn Amerika silahlarıdır. Röpkenin sözlərinə görə, GLSDB bombaları, “Javelin” ATGM-ləri və 155 mm-lik artilleriya mərmiləri aktiv şəkildə istifadə olunur ki, onlar Xarkovdan başqa, Donetsk bölgəsində də cəbhəyə gətiriliblər. O əlavə edib ki, bazar ertəsi, mayın 20-də Rusiya ordusu 67 zirehli texnikasını itirib.

Rafi Müslümov

COP29