Ukrayna XİN-dən Azərbaycanla bağlı PAYLAŞIM

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) “Twitter” hesabında Azərbaycan Respublikası ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

Yenicag.az xəbər verir ki, paylaşımda hər iki dövlətin dost və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb.

“Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, – XİN-in paylaşımında qeyd olunub.