Ukrayna XİN-dən Azərbaycanla bağlı PAYLAŞIM

Bu gün Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 29 il keçir.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar olaraq Ukrayna Xarici İşlər Nazirliyi özünün “Twitter” hesabından paylaşım edib.

Xarici işlər qurumu hər iki dövlətin yaxşı dost və strateji tərəfdaş olaraq qaldığını bəyan edib.

“Azərbaycan XİN ilə mükəmməl əməkdaşlıqdan zövq alırıq”, – deyə qeyd edilmiş paylaşımda Kiyevlə Bakı arasında münasibətlərin daha da möhkəmlənməsinə ümid ifadə edilib.