Ukrayna XİN Qarabağda keçirilən qondarma “seçkiləri”i pislədi

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

Yenicag.az xəbər verir ki, bəyanat Ukrayna XİN-in saytında yerləşdirilib.

Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır: “Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.