!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna yaxın müddətdə NATO-ya qoşulmayacaq” – Böyük Britaniyanın müdafiə naziri

!Reklam – Yazi

“Bir çox ölkələr Ukraynaya yardım üçün iki və ya çoxtərəfli saziş imzalamağa hazırdırlar”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın NATO-ya mümkün üzvlüyünü dəyərləndirən Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə Ukraynanın NATO-ya üzvlüyünün baş tutacağı gözlənilmir:

“Biz realist olmalı və deməliyik ki, Ukrayna nə NATO-nun Vilnüs sammitində, nə də yaxın vaxtlarda alyansa qoşulmayacaq.

Ancaq Ukraynaya yardım göstərmək istəyən ölkələr necə hərəkət etməlidirlər?

Bır sıra dövlətlər Ukraynaya yardım üçün “qarşılıqlı müdafiə paktı” formasında iki və ya çoxtərəfli saziş imzalamağa hazırdırlar.

Bu tip sazişlər Rusiyanın çəkindirilməsi baxımından da çox vacibdir. Çünki Rusiyanın quru qoşunları qarşıdakı on il ərzində tamamilə taqətdən düşəcək”.

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv