Ukraynanın hava hücumundan müdafiə bölmələri Rusiyaya məxsus “elit” Ka-52 helikopterini vurublar.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna hərbçiləri bu gün səhər saatlarında Xarkov vilayətindəki İzyum şəhərin yaxınlığında Rusiyanın Ka-52 helikopterini yerli istehsal olan “Stuqna” raketi ilə məhv ediblər.
Vurulan helikopterin 2 pilotu birbaşa atəş nəticəsində həlak olub.
Bu barədə məlumatı və videokadrları Ukraynanın daxili işlər naziri Anton Geraşenko özünün “Telegram” kanalında yayımlayıb.
Həmin kadrları tədim edirik: