Kiyev yaxınlığındakı Kotsyubinskoye qəsəbəsində yerləşən cəzaçəkmə müəssisində vəziyyət nizama salınıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti polisinin mətbuat xidmət məlumat verib.
“Cəzaçəkmə müəssisində qiyam yox, mühafizəçilərlə məhbuslar arasında münaqişə yaranıb. Hazırda vəziyyət nizama salınıb. Məhbuslardan yalnız 3-ü geri dönməyib. Faktla bağlı araşdırmalara başlanılıb”, məlumatda bildirilir.
Qeyd olunur ki, Kotsyubinskoye qəsəbəsindəki cəzaçəkmə müəssisində yüngül cinayət törətmiş saxlanılır. Onlara müəyyən saatlarda müəssisəni müvəqqəti tərk etməyə icazə verilir.
02:20
Kiyev yaxınlığında cəzaçəkmə müəssisəsində qiyam baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 50 məhbus qaçıb.
Kiyev vilayəti polisi faktı təsdiqləyib. Cəzaçəkmə müəssisəsində ümumilikdə 150 nəfərin saxlanıldığı bildirilir. İnsidentin başvermə səbəbləri barədə məlumat verilmir.
Hazırda qaçan dustaqların tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.