!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada adam oğurlayan azərbaycanlılar həbs olundu

!Reklam – Yazi

Ukraynanın Zaporojye vilayətində cinayətkar dəstə zərərsizləşdirilib.

Yenicag.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, ağır cinayətlərin törədilməsində şübhəli bilinən 5 nəfərdən ibarət qruplaşmanın iki üzvü azərbaycanlıdır. Onlar bir həftə əvvəl Melitopol şəhərində iki sakini oğurlayıblar. Cinayətkar dəstə istifadə etdikləri “Mersedes”lə həmin iki şəxsin olduğu “Tavriya” avtomobilinin qarşısını kəsiblər və onları oğurlayaraq naməlum bir evdə gizlədiblər. Amma 23 yaşında olan həmin zərərçəkənlər əl-qollarına bağlanan ipləri açaraq pəncərədən qaçmağa nail olublar. Cinayətin üstünün açılmasına da məhz bu yardımçı olub.

Zaporojye vilayəti polisi tərəfindən zərərsizləşdirilən dəstə üzvlərindən ikisi Azərbaycan, üçü isə Ukrayna vətəndaşıdır. Onların bu cinayətdə istifadə etdikləri avtomobil, telefonlar, xüsusi geyimlər müsadirə olunub. Dəstə üzvlərinin digər cinayətlərdə də əli olduğu ehtimal edilir.

www.yenicag.az

2059
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv