Ukraynada Ata günü təsis edilib

Ukraynanın Nazirlər Kabineti ölkədə Ata gününün təsis edilməsi barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, Ata günü iyunun üçüncü həftəsinin bazar günü qeyd ediləcək. Bu il Ata günü iyunun 16-na düşür.

Qeyd edək ki, bu bayramın iyunda keçirilməsi ənənəsi 1966-cı ildə ABŞ-dan başlayıb.