Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib: “Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb”./Report/