!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada Azərbaycan Mədəniyyət Mərkəzi - Səfir "Şuşa xalçası" hədiyyə etdi - FOTOLAR

!Reklam – Yazi

Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.

Yenicag.az xəbər verir ki, Mərkəz Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı ilə Dnepr Texniki Milli Universitetində yaradılıb.

Rəsmi açılış mərasimində Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, Dnepropetrovsk vilayətinin deputatları, Dnepr Texniki Milli Universitetinin rektoru Genadi Pivnyak, müəllim və tələbə heyəti, diaspor nümayəndələri və yerli media iştirak ediblər.

Səfir Elmira Axundova və rektor Genadi Pivnyak rəsmi açılışın rəmzi sayılan qırmızı lenti kəsdikdən sonra Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirilib.

Elmira Axundova bildirib ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini öyrətmək, onun təbliği baxımından bu cür mərkəzlərin fəaliyyətə başlanması olduqca əhəmiyyətlidir:

“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, dünyada, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, diaspor fəalları Azərbaycanda olan həqiqətlərin, həmçinin onun mədəniyyətini, tarixini sistemli şəkildə təbliğ edirlər. Dneprdə açılan Azərbaycan Mədəniyyət Mərkəzi buna bariz nümunədir”.

Səfir vurğulayıb ki, mərkəzin fəaliyyəti Azərbaycan və Ukraynanın siyasi və mədəni əlaqələrinin inkişafına öz töhfəsini verəcək:

“Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin sədri Nəcəf Əhmədov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, mərkəzin fəaliyyəti Azərbaycan haqqında reallıqların təbliği üçün gözəl platformadır”.

Sonra səfir Mərkəzə Şuşa xalçası və Bakı neftinə aid şəkil kompozisiyasını hədiyyə edib.

Rektor Genadi Pivnyak çıxışında qeyd edib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddur və ali təhsil ocağında Azərbaycan Mədəniyyət Mərkəzi açılması bu əməkdaşlığın nəticəsidir:

“Bu, Azərbaycan- Ukrayna münasibətlərinin inkişafının göstəricisidir. Mərkəzdə Ukrayna və xarici tələbələrə Azərbaycan dilinin öyrədilməsi tədris olunacaq”.

Rektorun sözlərinə görə, mərkəz Azərbaycan və Ukrayna arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına yönəldilib.

Daha sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, BUAK-ın sədri Rövşən Tağıyev və digər çıxışçılar mərkəzin əhəmiyyətindən danışaraq göstərdiyi dəstəyə görə səfir Elmira Axundovaya təşəkkürünü bildiriblər.

Qeyd ediblər ki, Azərbaycan və Ukraynanın yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına və inkişafına, Azərbaycan dilinin öyrənilməsinə yardım etmək, iki ölkə arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaq Mərkəzin məqsədlərindəndir.

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv