Ukraynada “Bayraktar” zavodu: İki ölkənin nazirliyi razılığa gəldi

Ukraynada “Bayraktar” PUA-larının istehsalı ilə bağlı anlaşma əldə olunub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Ukrayna və Türkiyənin müdafiə nazirlikləri “Bayraktar” zərbə PUA-larının Ukraynada birgə istehsalının təşkilinə dair layihə üzərində işləyirlər.

Bu barədə məlumatı Ukraynanın müdafiə naziri Aleksey Reznikov açıqlayıb.

Onun sözlərinə görə, tərəflər arasında “Bayraktar” PUA-larının istehsalı üçün Ukraynada birgə zavodun yaradılması haqqında prinsipial razılaşma əldə olunub:

“Bu planlar ortamüddətli perspektiv üçün nəzərdə tutulub və həyata keçiriləcək”.